Rusiya Ukraynadan 2,5 min yetim uşağı zorla çıxara bilər

Rusiya Ukraynaya hərbi müdaxilə başlayandan iki min yarım yetim uşağı çıxara bilərdi. Bu barədə “Mühüm hekayələr” nəşrinin araşdırmasında deyilir. Baxımsız qalanların siyahısı kimsəsiz uşaqların məlumat bazasında dərc olunur. Ukraynadan deportasiya edilən uşaqlara əslində vətənlərində qalmaq imkanı verilmir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, nəşrin hesablamalarına görə, 2022-ci ildə Rusiyanın 21 regionunda yetimlərin məlumat bazasında qeydiyyatda olan uşaqların sayı artıb. Eyni zamanda, onların sayı əvvəlki 6 ilin orta göstəricisindən 2450 nəfər çox olub. Mühüm hekayələrin məlumatına görə, yetimlərin sayı ən çox Rostov vilayəti, Moskva və Nijni Novqorod vilayətində artıb.

Ümumilikdə, rəsmi rəqəmlərə görə, müharibə başlayandan bəri 19 min ukraynalı uşaq Rusiyaya deportasiya edilib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi uşaqların və işğal olunmuş ərazilərin zorla çıxarılmasını cinayət hesab edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə