Peskov Qərbin gec və ya tez...cavab verəcəyini deyir

Bu gün Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov federal kanallardan birinə həməşəkindən fərqli olaraq bir qədər başqa cür danşıb.

Beləliklə, Peskovun dediyinə görə, gec və ya tez Ukrayna münaqişəsində boyun əyən Avropa düşünməli və öz xalqının qarşısında cavab verməli olacaq. Belə ki, Qərb ölkələri rəhbərləri Ukraynaya niyə silah verdiklərinin hesabatını öz xalqları qarşısında ödəməli olacaqlar.

Niyə?

"Çünki onlar mənfi nəticələrdən qaça bilməyəcəklər”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kreml sözçüsü bildirib.

Bir daha xatırladaq ki, Rusiya Federasiyasının Donbası qorumaq üçün xüsusi əməliyyatı 24 fevral 2022-ci ildən davam edir. Buna başlamaq qərarı guya Donbassda vəziyyətin gərginləşməsindən sonra qəbul edilib - Ukrayna Silahlı Qüvvələri Luqansk və Donetsk Xalq Respublikalarının yaşayış məntəqələrini kütləvi atəşə tutmağa başlayıb.

Kiyev münaqişənin diplomatiya yolu ilə həlli cəhdlərinə məhəl qoymayıb, ona görə də Rusiya o zaman özünü respublika elan edənlərə hərbi dəstək vermək qərarına gəlib..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə