Gürcüstanlı turist Braziliyada öldürülüb

Gürcüstandan olan gənc turist Rio-de-Janeyroda oteldə qətlə yetirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Gürcüstan xidməti yazır.

Beləliklə, mayın 30-da otel otağında 31 yaşlı kişinin meyiti tapılıb. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin Braziliyadakı səfirliyinə Gürcüstan vətəndaşının ölümü ilə bağlı rəsmi məlumat daxil olub.

“Səfirlik həm mərhumun ailə üzvləri, həm də yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır”, - nazirlikdən bildiriblər.

Braziliya mətbuatının məlumatına görə, mərhumun cəsədini otel işçisi aşkar edib.

Qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş yerli sakin artıq saxlanılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə