Özbəkistan-Qırğızıstan sərhəddindəki divar söküldü

Özbəkistan və Qırğızıstan sərhədində 2010-cu ildə tikilmiş divarı Özbəkistan tərəfi uçurub

TRT-nin xəbərinə görə sosial şəbəkələrdə divarın sökülməsini əks etdirən video yayılıb. SİA-nın əldə etdiyi məlumata görə, hadisələr Qırğızıstanın Cəlalabad vilayəti ilə Özbəkistanın Əndican vilayətinin sərhədində baş verir.

Qırğızıstan sərhəd xidməti bildirib ki, Özbəkistan tərəfi 2010-cu ildə Özbəkistan tərəfindən birtərəfli qaydada dağıdılan Bəyabad-Xanabad keçid məntəqəsində divarı sökür. Həmin vaxt Oş vilayətində Qarasu və Qara-Baqış keçid məntəqələri də bağlanmışdı.

Bildirilir ki, tezliklə bütün bu məntəqələr yenidən açılacaq. Qırğızıstan tərəfi bu məntəqələrdə vətəndaşların keçidini bərpa etməyə hazırdır. İki ölkənin hakimiyyət orqanları arasında əlavə keçid məntəqələrinin açılması haqqında saziş son bir neçə ildə müzakirə olunub.

Açılışın məqsədi nəqliyyat yük axınlarının tranzitini tənzimləməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə