Dörd Krım tatarı azadlıqdan məhrum edilib

Bu arada Cənub Dairə Hərbi Məhkəməsi dörd Krım tatarını “Hizb Üt-Təhrir” işi üzrə 12-17 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın “Krım həmrəyliyi” nəşrindən əldə etdiyi məlumata görə, Rüstəm Murasov, Rüstəm Tairov, Cəbbar Bəkirov və Zavur Abdullayev terror təşkilatının təşkilində və fəaliyyətində iştirakda təqsirli biliniblər.

Beləliklə, məhkəmə Bəkirovu terror təşkilatının fəaliyyətini təşkil etmək və hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda ittiham edərək 17 il müddətinə azadlıqdan məhrum edib. O, ömrünün ilk dörd ilini həbsdə, qalan vaxtını isə ciddi rejimli koloniyada keçirəcək.

Tairov, Murasov və Abdullayevin hər biri 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar terror təşkilatının fəaliyyətində iştirak etməkdə və hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda təqsirli biliniblər.

Qeyd edilir ki, onlar da cəzalarının ilk dörd ilini həbsxanada, qalan müddətini isə ciddi rejimli koloniyada keçirəcəklər.

Onu da qeyd edək ki, həbs edilənlər 2021-ci ilin avqustunda Rusiyanın ilhaq etdiyi Krımda saxlanılıblar. Onların evlərində də axtarış aparılıb.

Yeri gəlmişkən, bundan əvvəl Cənub Dairə Hərbi Məhkəməsi Krım tatar fəalı Ernes Seytosmanovu “Hizb-ut-Təhrir” hərəkatında iştirakda ittiham edərək 18 il müddətinə koloniyaya məhkum edib. O da terror təşkilatının fəaliyyətində iştirak etməkdə və hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlaşmaqda təqsirli bilinib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə