Əyləncə parkının işçiləri maaşlarının artırılmasını tələb edirlər

Fransada “Disneyland Paris” əyləncə parkının əməkdaşları maaşlarının artırılması tələbi ilə tətilə başlayıblar.

Məlumata əsasən, yüzlərlə işçi tələblərini dilə gətirmək üçün parkın daxilində nümayiş keçirib.

Əllərində müxtəlif həmkarlar ittifaqı bayraqları olan işçilər fit çalaraq parkı

Etirazçılar parka əylənmək üçün gələnləri də salamlayıblar.

gəziblər.

Qeyd edək ki, 1992-ci ildə istifadəyə verilən və Parisə gələn turistlərin getdiyi yerlərdən biri olan “Disneyland” hər il milyonlarla ziyarətçini qəbul edir.

Bütün xəbərlər Facebook səhifəmizdə