Belarus Rusiya neftinin tranziti üçün tarifləri qaldırmaq istəyir

Belarus Qərbin sanksiyaları nəticəsində əldə etdiyi itkiləri kompensasiya etmək üçün Rusiya neftinin tranziti üçün tarifləri qaldırmağı planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 31-də Rusiyanın “Kommersant” nəşri yazır.

“Drujba” neft kəmərinin Belarus hissəsinin operatoru “Qomeltransnafta Drujba” şirkəti xammal istehsalı və daşınması ilə məşğul olan “Transneft”ə iyulun 1-dən neftin nəqli tariflərinin 84 faiz artırılaraq hazırkı səviyyəyə çatdırılması təklifi ilə müraciət edib.

“Mayın 26-da “Drujba” neft kəmərinin Belarus hissəsinin operatoru “Gomeltransnafta Drujba” “Transneft”ə neft nəqli tariflərini iyulun 1-dən indiki səviyyəyə qədər 84 faiz artırmaq təklifi ilə müraciət edib”.

“Kommersant” yazır bunu.

Qeyd edilir ki, bu tədbirlər stabil və zərərsiz işin təmin edilməsi, həmçinin “Gomeltransnafta Drujba” şirkətinin daha da inkişaf etdirilməsi imkanları üçün zəruridir.

Yeri gəlmişkən, “Transneft” Belarus tərəfdən belə bir məktubun alınması faktını təsdiqləyib. Lakin onlar məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Bunu da “Kommersant” yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə