NATO Kosovoya daha 700 hərbçi göndərir

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq mətbuata açıqlama verib.

Yens Stoltenberq 31 may-1 iyun tarixlərində NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısının keçiriləcəyi Norveçin paytaxtı Osloda Baş naziri Jonas Gahr Store ilə keçirdiyi birgə mətbuat konfransında son günlərdə gərginliyin artdığı Kosovoda Sülhməramlı qüvvə (KFOR) əsgərlərinə təşkil edilən hücumda 30 əsgərin yaralandığını xatırladıb və hücumu pisləyərək: “Bu cür hücumlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır.

KFOR və NATO qüvvələri Kosovoda bütün vətəndaşlar üçün təhlükəsiz mühitin bərpası üçün lazımli addımları atacaq. Biz BMT mandatına uyğun olaraq qərəzsiz hərəkət etməyə davam edəcəyik. Qərbi Balkanlar üçün yaradılan operativ ehtiyat qüvvələrindən 700 əsgər Kosovoya cəlb olunacaq. Bu barədə qərar qəbul etdik. Zorakı hadisələr Kosovonu və bütün regionun inkişafına mane olur, Avro-Atlantika istəklərini təhlükəyə salır. Priştina və Belqrad gərginliyi azaltmaq üçün konkret addımlar atmalı, məsuliyyətsiz davranışlardan imtina etməli, Aİ-nin köməkliyi ilə dialoqa üz tutmalıdır. Daimi sülhün yeganə yolu bundan ibarətdir”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Stoltenberq bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə