ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun mayın 31-də çərşənbə günü Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılmasını elan etmək niyyətindən danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, Pentaqonun sözçüsü, “Biz bunu sabah elan etməyi düşünürük”- deyə bildirib.
Qeyd edək ki, sözçü, ABŞ-ın Kiyevə konkret nəyi ötürmək niyyətində olduğu barədə təfərrüatları açıqlamayıb.
Yeri gəlmiçkən bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların gec və ya tez ATACMS operativ-taktiki ballistik raketlərini Kiyevə verəcəyini etiraf etmişdi.
Bu arada Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeev də öz növbəsində Kiyevin “Eurofighter” qırıcıları alacağına əminliyini ifadə edib.
O, hətta Ukrayna üçün qeyri-real heç nə olmadığını da bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB