Bu arada Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüş keçirən Estoniyanın baş naziri Kaja Kallas, NATO ölkələrinə müraciət edərək onlardan müdafiə xərclərini ÜDM-in iki faizinə çatdırmağı təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
“NATO-nu gücləndirmək və paralel olaraq Ukraynaya daha çox dəstək vermək üçün əlaqələndirilmiş hərəkətləri həyata keçirmək üçün Vilnüsdə bütün müttəfiqlərin müdafiə xərclərinin dərhal ÜDM-in 2 faizinə qədər artacağına dair razılığa gəlmək son dərəcə vacibdir”.
Bunu deyən estoniyalı nazir vurğulayıb ki, gələcəkdə xərclər ÜDM-in 2,5 faizinə çatdırılmalıdır. Onun sözlərinə görə, 2030-cu ilə qədər Tallinin milli müdafiəyə yatırdığı investisiyalar ÜDM-in 3 faizinə qədər artacaq.
Bundan əlavə, Estoniyanın baş naziri ölkədə hərbi münaqişə başa çatdıqdan sonra Ukraynanın NATO-ya daxil olmasının zəruriliyini qeyd edib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl NATO-ya üzv ölkələrin xarici işlər nazirləri qarşısında çıxış edib və həmçinin respublikanın alyansa gedən yolunda təhlükəsizlik zəmanətlərinin verilməsini istəyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB