İkardi "Qalatasaray"ın tarixinə düşdü

İkardi "Qalatasaray"ın tarixinə düşdü

"Qalatasaray"ın futbolçusu Mauro İkardi klubda yeni rekorda imza atıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, onun rekordu Superliqanın 35-ci turunda hazıda "Ankaragücü" ilə keçirilən səfər matçında qeydə alınıb.

Görüşün 7-ci dəqiqəsində hesabı açan argentinalı forvard "Qaralatasay"da ardıcıl 7 oyunda qol vuran ilk futbolçu olub. İkardi 38-ci dəqiqədə dubl edib.

Qeyd edək ki, müqavilə ilə PSJ-yə məxsus olan və icarə əsasında "Qalatasaray"da bu mövsüm 23 Superliqa matçında 20 qol vurub,

Bütün xəbərlər Facebook səhifəmizdə