Belarusa qarşı sanksiyalar ləğv edilməlidir

Belarusa qarşı sanksiyalar ləğv edilməlidir

Belarusa qarşı sanksiyalar BMT Nizamnaməsini, beynəlxalq hüquq prinsiplərini və çoxtərəfli ticarət sistemini pozduğu üçün ləğv edilməlidir.ə

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bunu pakistanlı həmkarı ilə İslamabadda danışıqlardan sonra Belarus diplomatiyasının rəhbəri Sergey Aleynik vurğulayıb.

Aleynikin dediyinə görə, bu gün Belarus misli görünməmiş qeyri-qanuni sanksiyalara məruz qalıb ki, bu sanksiyaların məqsədi belarusların seçdiyi siyasi sistemi dəyişmək, respublikanın inkişaf yolunu və müstəqil xarici siyasətini dəyişməkdir.

“Ölkəmiz birtərəfli məcburetmə tədbirlərinin siyasi və iqtisadi məcburiyyət aləti kimi istifadə edilməsinə qarşıdır”-deyən Aleynik, sanksiyaların istiqamətləndikləri dövlətlərin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmasına mənfi təsir göstərdiyinə və fundamental insan hüquqlarını pozduğuna diqqət çəkib.

Nazirin sözlərinə görə, bu, qlobal problemdir. Sanksiyaların tətbiqi səbəbindən 2030-cu il gündəliyi bütün dünyada təhlükə altındadır.

Bundan əlavə, Aleynik birtərəfli sanksiyaların qlobal ərzaq təhlükəsizliyinə ciddi təsirinə diqqət çəkib. Diplomatın sözlərinə görə, hazırda bu, xüsusi narahatlıq doğurur.

Xatırladaq ki, Polşa Belarusun 365 vətəndaşına qarşı sanksiya tətbiq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə