Gelencikdə paraşüt və deltplanlardan istifadə qadağan edilib

Gelencikdə paraşüt və deltplanlardan istifadə qadağan edilib

Gelencik hakimiyyəti şəhərin səmasında kvadrokopterlərdən, paraşütlərdən və deltplanlardan istifadəni qadağan edib. Şəhər administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, məhdudiyyət xüsusi əməliyyatla əlaqədar tətbiq edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qaydanı pozanlar üçün inzibati və hətta cinayət məsuliyyəti nəzərdə tutulur. Cəza tədbiri cərimədən 50 min rubla qədərdir. hərəkət insanın sağlamlığına ağır zərər vurduqda və ya ölümünə səbəb olduqda yeddi ilədək müddətə azadlıqdan məhrum etmə.

Əlavə edirik ki, Krasnodar diyarında dronların istifadəsinə qadağa 2022-ci il dekabrın 12-dən qüvvədədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə