Nə qədər təbliğat aparılır, nə qədər çalışırlar, amam yenə də bunun...rus ordusundakı "fərariliyin" qarşısını ala bilmirlər.
Budur, Ukraynanın Luqansk vilayətində, ön cəbhədə hərbi hissəni qoyub qaçan səkkiz rus hərbçisi mühakimə edilib.
Belə ki, onlar fərariliklə bağlı cinayət işi üzrə həqiqi həbs cəzasına məhkum ediliblər. (...belələrinə nə ad verəsən, tüfeyli?-A.B.)
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Mediazona” yayıb.
Burada məsələnin maraqlı cəhəti bilirsiniz nədir? Belə ki, cəbhədən qaçanlar səfərbərliyə alındıları Kalininqrada yox, Moskva yaxınlığındakı Podolska gəliblər. Belə ki, onlar orada yerli polis idarəsinə gələrək silahlarını - dörd avtomat və dörd Kalaşnikov avtomatını təhvil veriblər. (...hər halda cəbhədə ölməkdənsə, türmədə ölmək daha əfzəldir?-A.B.)
Qeyd edək ki, fərari adı srınan bu hərbçilərin də qaçmağa ısas verən arqumentləri var.
Hərbçilərin sözlərinə görə, onlar 2022-ci il sentyabrın 24-də səfərbər ediliblər. Onlar səhra düşərgələrinə göndərilsələr də, orada döyüş əməliyyatlarında iştirak etmək üçün təlim-filan keçirilməyib. Bundan əlavə hərbçilər ən zəruri, o cümlədən ərzaq və hətta geyim formaları ilə belə təmin olunmayıblar.
İndi bu yazıqlar, “fərari” olmayıb neyləsinlər?
Bir də, bizlərdə deyildiyi kimi, ac qılınca capar...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB