Rus ordusu "humanist" ordudur, yaşayış binalarına atəş açmır..?

Rus ordusu "humanist" ordudur, yaşayış binalarına atəş açmır..?

Bu dəfə Moskvanın Xodinkadakı Zotov mərkəzinə səfər edən prezident Vladimir Putin, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donbassda başlatdığı müharibəyə cavab verməyə məcbur olduğunu bildirib.

Yəni rusların sülhsevər, “tikansız bir balıq” olduqlarını diqqətə çatdırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putin hətta Kiyevdən fərqli olaraq “humanist” Rusiya ordusunun günahsız insanlara yox, ancaq Ukraynadakı hərbi infrastruktura zərbələr endirdiyini də diqqətə çatdırıb.

“...Rusiya Ukrayna rejiminin Donbassda başlatdığı müharibəyə cavab vermək məcburiyyətində qaldı. Biz hamımız xüsusi hərbi əməliyyata başlamaqla cavab verməli idik. Biz Ukrayna ərazisinə, lakin uzaqmənzilli dəqiq silahlarla, xüsusən də hərbi infrastruktur obyektlərinə, silah-sursat anbarlarına və ya yanacaq-sürtkü materiallarına zərbələr endirdik”.

Bunu deyən Putin, Kiyev rejiminin fərqli yol, Rusiya vətəndaşlarını qorxutmaq cəhdləri və yaşayış binalarına hücumlar yolu seçdiyinə diqqət çəkib.

Rusiya Federasiyasının rəhbərinin dediyinə görə,bu, terror fəaliyyətinin bariz nümunəsidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə