Qəzada 16 nəfər həyatını itirib

Qəzada 16 nəfər həyatını itirib

Qananın mərkəzi əyalətində avtobusla yanacaq tankerinin toqquşması nəticəsində 16 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, toqquşma mərkəzi əyalətin Qomoa Okiyero bölgəsində paytaxt Akkra ilə Keyp Sahili arasındakı yolda baş verib.

Qəzada 16 nəfər ölüb, 40 nəfər yaralanıb.

Səlahiyyətlilər yaralıların müalicəsinin davam etdiyini, bəzilərinin vəziyyətinin ağır olduğunu və ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Avtobusun Qananın paytaxtı Akkraya getmək üçün Liberiyadan yola düşdüyü öyrənilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə