Mayın 30-da Ukrayna ilə Rusiya arasında növbəti dəfə hərbçilərin cəsədlərinin mübadiləsi prosesi baş tutub. Ukraynaya 79 hərbçinin cəsədi təhvil verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.
“Bu gün 79 ukraynalı müdafiəçinin cəsədlərinin qaytarılmasına nail olundu”, - deyə məlumatda bildirilir.
Məlumdur ki, həlak olan hərbçilərin meyitləri müvəqqəti işğal altında olan ərazilərdən mübadilə edilib. Cəsədlər lazımi səviyyədə dəfn olunmaq üçün doğmalarına təhvil veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB