Venesiya suları yaşıla büründü

Venesiya suları yaşıla büründü

İtaliyanın Venesiya şəhərindəki Böyük Kanalın bir hissəsi qəfildən yaşıllaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin səbəbi hələlik məlum olmasa da, polis məsələ ilə bağlı araşdırmalara başlayıb.

"Biz mayenin mənbəyini araşdırmaq üçün polislə təcili görüş çağırdıq",- deyə şəhər rəsmiləri bildirib.

Baş verən hadisə turistlərin marağına səbəb olub. Onlar bu qeyri-adi mənzərənin fonunda şəkillər çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə