Makron Ərdoğanı təbrik edib

Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidəki qələbəsi münasibətilə təbrik edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Fransa prezidenti seçkinin nəticələrinin Türkiyə xalqı üçün xeyirli olmasını arzulayıb.

Görüşdə Türkiyə-Fransa münasibətləri və regional məsələlər də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə