Kosovonun şimalında serblərlə toqquşmalarda xəsarət alanların sayı 75 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Mitrovitsa Xəstəxanasının baş həkimi Zlatan Elek qarşıdurmalarda 50 nəfərin yaralandığını bildirib. O, qeyd edib ki, yaralılardan 3-ü xəstəxanada müalicə olunur, onlardan 1-nin vəziyyəti ağırdır.
Daha əvvəl NATO-nun beynəlxalq missiyasının komandiri Ancelo Mişel Ristuçça macar və italyan əsgərlərin hücumların hədəfinə çevrildiyini və 25-ə yaxın əsgərin xəsarət aldığını bildirib.
İtaliyanın xarici işlər naziri Antonio Tajani qarşıdurmalarda missiyada vəzifəsini yerinə yetirən 11 italyan əsgərinin yaralandığını açıqlayıb və yaralı əsgərlərdən 3-nün vəziyyətinin ağır olduğunu, lakin həyati təhlükəsinin olmadığını bildirib.
Mayın 26-da Kosovonun şimalındakı bələdiyyələrdə etnik serblərlə polis arasında gərginlik yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB