Venesuela da BRICS-ə qoşulmaq istəyir...

Venesuela da BRICS-ə qoşulmaq istəyir...

Venesuela prezidenti Nikolas Maduro Braziliya lideri Luiz İnasio Lula da Silva ilə görüşdən sonra ölkənin BRİKS-ə qoşulmaq istəyini açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu bəyanat onun Twitter hesabında yayımlanıb.

“Venesueladan nə vaxtsa BRICS-ə qoşulmaq istəyib-istəmədiyinizi soruşsalar, Venesuela deyir ki, bəli, biz BRİKS-in bir hissəsi olmaq və bu yeni memarlığın, qlobal siyasətin qurulmasını müşayiət etmək istərdik”, - deyə Maduro bildirib.

Venesuela liderinin qeyd etdiyi kimi, BRİKS "beş güclü ölkədən formalaşıb və indi başqa dünya, sülh, əməkdaşlıq istəyənlər üçün böyük bir maqnitə çevrilir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Braziliya dollardan imtinanın ən yaxşı variantı kimi vahid BRICS valyutasının yaradılmasını təklif edilmişdi.

Sonradan Səudiyyə Ərəbistanı, İran, Misir, Əlcəzair, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin BRİKS-ə qoşulmaq arzusunda olduğu məlum oldu.

Həmçinin Argentinanın Rusiyadakı səfiri Eduardo Suine bu ölkənin avqustda Cənubi Afrikada keçiriləcək toplantısından sonra BRICS-ə qoşula biləcəyini etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə