Kiyevdə qanunsuz çəkiliş edınlər saxlanılıb

Kiyevdə qanunsuz çəkiliş edınlər saxlanılıb

Kiyevdə polis hava hücumundan müdafiə sistemlərinin işini lentə almaqda şübhəli bilinən vətəndaşları saxlamağa başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri mayın 29-da “Real Kiyev” Telegram kanalı yayıb.

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri Kiyevdə hava hücumundan müdafiə qurğusunun çəkilişi ilə əlaqədar 33 nəfəri saxlayıb, onlar Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təhvil veriliblər.

Qeyd edık ki, hazırda bu qədər adamın həbsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

Kiyev polisi Ukrayna hava hücumundan müdafiə qüvvələrinin Kiyevdə işini lentə alan yalnız iki nəfərin saxlanıldığını təsdiqləyib.

“23 yaşlı oğlanı polislər Kiyevin Svyatoşinski rayonunun küçələrindən birində tapıblar. Paytaxtda başqa birinin axtarışı üçün xüsusi polis əməliyyatı tətbiq olunub. Yarım saatdan sonra 26 yaşlı BMW sürücüsü Uşakov küçəsində saxlanılıb”.

Xatırladaq ki, bu gün səhər saatlarında Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak hava hücumundan müdafiə qüvvələrinin işinin və onun nəticələrinin müharibə şəraitində dərc edilməsinin yolverilməzliyinə bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə