Bu arada Anjey Duda 2007-2022-ci illər ərzində “Rusiyanın respublikanın daxili təhlükəsizliyinə təsirini” öyrənmək üçün komissiyanın yaradılması haqqında qanun imzalayıb.
SİA TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla bu gün, mayın 29-da Polşa prezidenti brifinqdə çıxış edib.
Beləliklə, qanuna əsasın Polşada dövlət komissiyası yaradılacaq, onun əsas vəzifələrinə respublikanın daxili təhlükəsizliyinə təsir göstərdiyi iddia edilən “Rusiya təsiri” faktlarının araşdırılması daxil edilib.
Polşa parlamenti tərəfindən təyin edilən və geri çağırılan doqquz nəfərdən ibarət komissiya üzvləri “dövlət məmurlarının və ya ali rəhbərlik üzvlərinin” fəaliyyətinin araşdırılmasına yönəlmiş prosedurları həyata keçirəcəklər.
Təbii ki, burada əsas önəm veriləcək məsələ 2007-2022-ci illərdə “Rusiyanın təsiri altında Polşa Respublikasının maraqlarına ziyan vurmaqla” hərəkət edə bilmələridir.
Maraqlıdır ki, Duda həmçinin Avropa İttifaqında da analoji komissiyanın yaradılmasının lazım olduğu fikrini bildirib.
Qeyd edək ki, Polşa müxalifəti bu qanuna qarşı çıxır. Polşanın hakim elitasının əleyhdarları, bu qanunvericilik aktının xüsusi xidmət orqanlarının, prokurorluğun və məhkəmənin səlahiyyətlərindən öz məqsədləri üçün istifadə etmək hüququ verdiyini bildirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB