Putin tərəfindən imzalanan fərman artıq qüvvəyə minib

Rusiyada Hərbi-Sənaye Komissiyasının idarə heyətinin Rəyasət Heyəti yaradılacaq
Putin tərəfindən imzalanan fərman artıq qüvvəyə minib

Bu arada Rusiya prezidenti Vladimir Putin ölkədə Hərbi-Sənaye Komissiyasının Rəyasət Heyətinin yaradılması barədə göstəriş verib. Bu barədə məlumat hüquqi informasiyanın rəsmi internet portalında dərc olunmuş sənəddən irəli gəlir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hərbi-sənaye sahəsində operativ qərarlar qəbul edəcək qurumun yaradılması haqqında Putin tərəfindən imzalanan fərman artıq qüvvəyə minib.

Beləliklə, sənəddə hərbi-sənaye kompleksinin formalaşmasının müəyyən məqsədləri, o cümlədən bu sahənin təkmilləşdirilməsi göstərilir.

Bundan əlavə Rəyasət Heyətinin səlahiyyətində olan vəzifələri həll edəcəyi bildirilir.

Fərmanda həmçinin, rəyasət heyəti üzvlərinin iclaslarının dövlət başçısının, Rusiya hökumətinin sədrinin tapşırığı ilə keçirilməsi müəyyən edilib.

Qeyd edək ki, qurumun fəaliyyəti Nazirlər Kabineti tərəfindən tənzimlənəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə