Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Qerçinski Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili ilə görüşüb. Görüş zamanı Qerçinski Avropa İttifaqının 27 ölkəsi adından Gürcüstana rəsmi demarş verəcək. Səbəb isə Rusiya ilə hava əlaqəsinin bərpasıdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Brüssel Avropa İttifaqına namizəd olduğunu iddia edən Gürcüstanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa və xüsusilə də aviasiya sektorunda sanksiyalardan yayınmaq üçün mümkün cəhdlərə qarşı ayıq-sayıq qalmağa çağırış etmişdi.
Onu da xatırladaq ki, fevralın 27-də Avropa İttifaqının səfiri eks-prezident Mixail Saakaşvilinin səhhətinin ağırlaşması ilə bağlı demarşı Gürcüstanın ədliyyə nazirinə təhvil verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB