Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun isveçli həmkarı Tobias Billström ilə iyunun 1-də Osloda görüşü baş tutmayacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Reuters agentliyinə İsveç Xarici İşlər Nazirliyinin rəhbərinin nümayəndəsi bildirib.
Qeyd edək ki, cümə axşamı Norveçin paytaxtında Şimali Atlantika alyansı ölkələrinin xarici işlər nazirlərinin iclasının keçirilməsi planlaşdırılır. Ona görə də, Billstrom, daha əvvəl dediyi kimi, Çavuşoğlu ilə Osloda görüşmək niyyətində idi.
“Ancaq bizə məlumat verildi ki, Türkiyə XİN rəhbəri gəlməyəcək, ona görə də görüş olmayacaq”, - Stokholm sözçüsü bildirib.
Bununla belə, “Reuters” agentliyi görüşün yaxın vaxtlarda baş tutacağını qeyd edib.
Xatırladaq ki, bir müddət bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olmasına hazır olmadığını demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB