Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib...
“Rəsmi Moskva Rusiya-Türkiyə müştərək layihələrinin həyata keçirilməsi dinamikasının seçkilərdən sonra da qorunub saxlanacağına ümid bəsləyir”.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığının yaxın vaxtlarda baş tutacağı barədə suala cavabında D.Peskov bildirib: “V.Putinin qrafikində belə bir danışıq hələlik nəzərdə tutulmayıb. Lakin adətən Türkiyə prezidenti ilə danışıq maksimal dərəcədə operativ razılaşdırılır. Dövlət başçılarının telefonla danışacağı ehtimalı böyükdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB