Suriyanın Türkiyə balıqçı gəmisinə hücumu pislənib

Suriyanın Türkiyə balıqçı gəmisinə hücumu pislənib

Türkiyə türk balıqçı gəmisinin Suriya rejimi tərəfindən atəşə tutulmasını pisləyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Türkiyə balıqçı gəmisinin beynəlxalq sularda Suriya rejiminin təhlükəsizlik qüvvələrinə məxsus gəmilər tərəfindən atəşə tutulması ilə bağlı məlumat yayıb.

Bilgiç, “Dünən (28 may) beynəlxalq sularda üzərkən “Mahmutcan-1” adlı türk balıqçı gəmisinə Suriya rejiminə məxsus 2 gəmi tərəfindən atəş edilməsini, pislədiklərini, beynəlxalq sularda baş verən və Samandağ Respublika Baş Prokurorluğunun istintaq başlatdığı hadisənin cavabsız qalmayacağını qeyd edib.

Bilgiçin sözlərinə görə insdent nəticəsində iki balıqçı yüngül yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə