Sudan ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında toqquşmalar yeddi günlük humanitar barışıq müddətinin bitməsinə bir neçə saat qalmış yenidən başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Xartumun bir neçə bölgəsində atışma səslərinin eşidildiyi bildirilir.
Bundan əlavə, Omdurman şəhərinin cənubunda və qərbində döyüşlərin getməsinə dair məlumatlar da var.
Eyni zamanda, ötən həftə ordu və xüsusi təyinatlılar humanitar atəşkəsin uzadılmasını müzakirə etməyə hazır olduqlarını bildiriblər.
Döyüşlər başlayandan azı 866 dinc sakin həlak olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində münaqişə tərəflərinin razılaşdığı atəşkəs rejimi bu gün yerli vaxtla saat 21:45-də başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB