Lavrov Danimarka və Hollandiyaya “barmaq silkələdi”...

Lavrov Danimarka və Hollandiyaya “barmaq silkələdi”...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Danimarka və Hollandiyanın Ukrayna Silahlı Qüvvələrinin pilotlarına “F-16” qırıcılarını idarə etmək üçün təlim vermək niyyətlərinə reaksiya verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Keniyaya səfərindən sonra mətbuat konfransı keçirən rusiyalı nazir, Avropa İttifaqı ölkələrinə “barmaq silkələyərək” Rusiya Silahlı Qüvvələrinin lazımi cavab vermək imkanı olduğunu onlara xatırladıb.

Lavrovun sözlərinə görə, Danimarka və Hollandiya fədakarcasına ABŞ-ı razı salmağa çalışan ölkələr sırasında ön sıralardadırlar və bu səbəbdən ukraynalı pilotların hazırlanması ilə məşğul olurlar.

Burada ilk növbədə hegemonu razı salmaq istəyi olduğunu deyən, Lavrov, bu ölkələrin Avropa məsələlərində Vaşinqtonun xəttini fəal şəkildə davam etdirirdiklərini deyib.

Rusiyanın XİN rəhbəri Moskvanın bu ölkələrə qarşı mütləq müvafiq cavab tapacağını vurğulayıb. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bunun üçün bütün lazımi imkanları olduğunu da dilə gətirib.

...Moskva dəfələrlə qeyd edib ki, xüsusi hərbi əməliyyat zonasında əməliyyatların aparılması məsələlərində Kiyevə yardım yalnız münaqişəni uzadacaq və lazımsız itkilərə və dağıntılara səbəb olacaq.

Maraqlıdır, Rusiyanın istəyinə uyğun addımlarmı atılmalıdır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə