Əslində, Lukaşenko zarafat eləmir, təklif də onun təklifinə oxşamır...

Əslində, Lukaşenko zarafat eləmir, təklif də onun təklifinə oxşamır...

Bu arada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Belarus lideri Aleksandr Lukaşenkonun nüvə silahına çıxış əldə etmək üçün Qazaxıstanın Rusiya və Belarus İttifaqına qoşulmasını təklif edən sözlərini “zarafat” adlandırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Radio Azattyk” məlumat yayıb.

“Onun zarafatını yüksək qiymətləndirdim. Düşünürəm ki, buna ehtiyac yoxdur, çünki başqa inteqrasiya birlikləri, ilk növbədə Avrasiya İqtisadi İttifaqı var. Nüvə silahlarına gəlincə, onlar bizə lazım deyil”.

Tokayev deyib bunu.

Xatırladaq ki, Lukaşenko ilə müsahibə bir gün əvvəl Moskvada, Putin proqramının efirində yayımlanıb. Belə ki, Belarus lideri Tokayevin mayın 24-də Moskvada Avrasiya İqtisadi Forumunda çıxışını şərh edib.

Onu da xatırladaq ki, Qazaxıstan prezidenti Rusiya, Belarus və Avrasiya İqtisadi Birliyinin digər üzvləri arasında inteqrasiyaya yanaşmalardakı fərqlərə diqqət çəkib. Tokayev daha sonra bəyan etdi ki, birlik dövləti Belarus və Rusiya “iki ölkə - bir dövlət” formuluna uyğun inteqrasiyanı təmin edir. “...Və hətta nüvə silahı da indi ikiyə birdir” deyən Tokayev, Qazaxıstan, Qırğızıstan və Ermənistanın təmsil olunduğu başqa bir inteqrasiya səviyyəsinin olduğunu qeyd edib.

Bu günlərdə Tokayevin sözlərini şərh edən qazaxıstanlı mətbuat katibi Ruslan Jeldibai, ölkəsinin müttəfiq dövlətlər yaratmaq və ya onlara qoşulmaq niyyətində olmadığını bildirib.

Yeri gəlmişkən, Rusiya televiziyasında çıxış edən Lukaşenko, əgər Qazaxıstan və ya hər hansı başqa ölkə nüvə silahına sahib olmaq istəyirsə, bu halda o, İttifaq dövlətinə qoşulmalı olduğunu bildirib.

Təbii ki, mən bunun təkcə Lukaşenkonun fikri olmadığını düşünürəm.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə