Bir çox ölkənin liderləri prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qazandığı uğura görə təbrik ediblər.
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar, Prezidentlik binasında təşkil edilən mətbuat konfransında Ərdoğanın uğurunun KKTC və Şərqi Aralıq dənizində sabitlik üçün əhəmiyyətli olduğunu ifadə edərək, “Ana vətən Türkiyədə keçirilən seçkidən sonra Cənab Ərdoğanın qələbəsi həmin zamanda KKTC-dəki iki dövlətli siyasətin də təsdiqi olmuşdur" deyib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 28-də Türkiya Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurub və onu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Prezident İlham Əliyev bu qalibiyyəti Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyenin hərtərəfli inkişafı davam etdiriləcək.
Rusiya prezidenti Vladimir Putin prezident Ərdoğana seçkilərdə qazandığı uğur münasibətilə göndərdiyi mesajda bu uğurun Türkiyə prezidenti olaraq Ərdoğanın fədakar səylərinin təbii nəticəsi olduğuna diqqət çəkərək, “Sizin qələbəniz türk xalqının dövlət suverenliyini gücləndirmək və müstəqil xarici siyasət yürütmək üçün göstərdiyi səylər onun dəstəyinin bariz göstəricisidir” deyib.
ABŞ prezidenti Cozef Bayden Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı təbrik edib.
Bu barədə Bayden tviterdə paylaşım edib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən ikitərəfli məsələlər və ümumi qlobal çağırışlar üzrə NATO müttəfiqimizlə birgə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm” - Bayden vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanı "tviter" hesabından etdiyi paylaşımla təbrik edib. Avropaya sülhün qaytarılması, Avro-Atlantik ittifaq və Aralıq dənizinin gələcəyi kimi Fransa və Türkiyenin birlikdə aşacağı sınaqların olduğunu ifadə edən Makron “Yenidən seçilməsi münasibətilə prezident Ərdoğanı təbrik edirəm. İndi birgə məsələlərimizi yeni perspektivlə irəlilətmək istəyirik" ifadəsindən istifadə edib.
Almaniya kansleri Olaf Şolz "tviter" hesabından etdiyi paylaşımda "Almaniya və Türkiyə yaxın tərəfdaş və müttəfiqdir, bizim də güclü sosial və iqtisadi əlaqələrimiz var. Prezident Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. İndi ortaq məsələlərimizi bu ölkə ilə irəli aparmaq istəyirik" deyib.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qazandığı qələbə münasibətilə təbrik edib və iki ölkənin güclü əməkdaşlığını davam etdirməyi səbirsizliklə gözlədiklərini bildirib.
NATO-nun Baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edib və “Birgə işlərə davam edərək iyul ayında keçiriləcək NATO Zirvəsinə hazırlaşmağı səbirsizliklə gözləyirəm” deyib.
Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel sosial media mesajında Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Aİ Komissiyasının sədri fon der Leyen də Ərdoğanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ali Seçki Şurasının müvəqqəti nəticələrinə görə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Digər tərəfdən, Qətər, Şimali Makedoniya, Norveç, İsveç, Ukrayna, Pakistan, Liviya, Əlcəzair, Seneqal, Fil Dişi, Serbiya, Türkmənistan, Özbəkistan, Macarıstan, Venesuela, İran Fələstin Albaniya, Kosovo, İraq, Somali, Gürcüstan, Livan, Tunis, Belarusiya, Sudan, İordaniya, Ermənistan, İsrail, Bosniya və Herseqovina, Moldova, Qvineya Bisau, Braziliya, Belçika, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Hollandiya, İtaliya, Malta, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Zambiya, Argentina, Paraqvay, Kuba, Boliviya, Ekvador, Qvatemala, Dominikan Respublikası, Kolumbiya, Meksika, Peru, El Salvador, Kosta Rika, Qırğızıstan prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qazandığı qələbəyə görə təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



