Finlandiya, İsveç və Norveçdə genişmiqyaslı hərbi təlim başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Arctic Challenge Exercise 23" adlı hərbi hava təlimlərində 3 min hərbçi və 150 təyyarə iştirak edəcək.
Təlimlərdə Danimarka, Niderland, Belçika, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya, İsveçrə, Çexiya və ABŞ hərbçilərinin də iştirakı nəzərdə tutulur. Manevrlər iki həftə davam edəcək və iyunun 9-da başa çatacaq.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB