Türkiyənin keçmiş XİN rəhbəri Ərdoğanı təbrik edib

Türkiyənin keçmiş XİN rəhbəri Ərdoğanı təbrik edib

Türkiyənin keçmiş xarici işlər naziri, DEVA Partiyasının sədri Ali Babacan seçkilərin ikinci turunda qələbə qazanan Rəcəb Tayyib Ərdoğanı təbrik edib. SİA xəbər verir ki, bu barədə o özünün "Twitter" hesabında məlumat yayıb.

Babacan qeyd edib ki, vətəndaşlarının 52%-i Ərdoğana üstünlük verib.

"Onu təbrik edirəm. Çağırışım odur ki, vətəndaşlarımızın ona verdiyi bu səlahiyyətdən prinsiplərdən kənara çıxmadan istifadə etsin", - Babacan bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52%-nin dəstəyini qazanaraq növbəti dəfə prezident seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə