Təyyarə quşla toqquşaraq ciddi zədə aldı

“Air France” şirkətinin Tokio-Paris reysi ilə uçan “Airbus A350” tipli təyyarəsi startdan 356 dəqiqə sonra Tokio aeroportuna qayıdıb. SİA-nın “Figaro”ya istinadla xəbərinə görə, buna səbəb hava gəmisinin Sakit okean üzərində quş sürüsü ilə toqquşması olub.

Hadisə nəticəsində təyyarənin burun hissəsi, o cümlədən meteoroloji radar və sürətölçən sıradan çıxıb. Gəmi komandiri Tokioya qayıtmağa qərar verib. Təyyarədəki 324 sərnişin və heyət üzvləri arasında xəsarət alan yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə