Rusiyanın Ukraynadakı müharibədə itkilərinin sayı açıqlanıb - SİYAHI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Döyüşlər nəticəsində Rusiyanın 206 600 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 797 tank, 7 456 zirehli maşın, 3 425 artilleriya sistemi, 570 reaktiv yaylım atəşi sistemi, 329 hava hücumundan müdafiə sistemi, 313 təyyarə, 298 helikopter, 2 993 PUA, 1 056 qanadlı raket, 18 gəmi/qayıq, 6 192 avtomobil texnikası və avtosistern, 451 xüsusi texnikadan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə