“Hörmətli cənab Ərdoğan, əziz dostum, yenidən prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Putin mesajında ​​qeyd edib.

Rusiya prezidenti Moskva ilə Ankara arasında dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin qeyd edib ki, Rusiya tərəfi birgə layihələrin həyata keçirilməsinə, məsələn, “Akkuyu” atom elektrik stansiyasının tikintisinə və Türkiyədə qaz qovşağının yaradılmasına böyük əhəmiyyət verir.
“Ürəyimdən sizə dövlət başçısı kimi məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram”, - Putin deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə