Avstriyada təyyarə qəzası olub - Ölənlər var

Avstriyanın qərbində yüngül mühərrikli təyyarənin avtomobil dayanacağına düşməsi nəticəsində iki nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Zalsburq federal əyalətində yaşanıb.

Təyyarə yerə düşdükdən sonra alovlanıb və bir neçə kiçik partlayış baş verib. Göyərtədə olan iki nəfər həlak olub.

Polisin məlumatına görə, şənbə günü səhər təyyarə Almaniyanın Eggenfelv Den şəhərindən havaya qalxıb. Ölənlərin şəxsiyyəti və qəzanın səbəbləri müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə