Ukraynalılar Gürcüstanın adını dəyişdirmək istəyirlər?

Ukrayna Ali Radası Gürcüstanın adının rəsmi olaraq Sakartvelo olaraq dəyişdirilməsini təklif edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir qanun layihəsi Ukrayna parlamentinin saytında yer alıb.

Qanunvericilər Sakartvelonun rəsmi və tarixi adından rəsmi ünsiyyət səviyyəsində, yazışmalarda, eləcə də mediada istifadə etməyi təklif edirlər.

Ölkənin adının dəyişdirilməsi ilə bağlı belə bəyanatın verilməsinə səbəb Gürcüstanın “ruslaşdırılması” olub. Qeyd edilməlidir ki, bunu ruslar yazır.

...Rada deputatlarının sözlərinə görə, bundan sonra Gürcüstan vətəndaşları Kartvel adlandırılacaq. Dünyanın müxtəlif yerlərində Gürcüstanı fərqli adlandırırlar. Ən populyar və ən çox istifadə edilən variantlar Avropa Gürcüstanı, Ruslaşmış Gürcüstan və Gürcüstanın öz adı Sakartvelodur.

Yeri gəlmişkən, təxminən iki ay əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Sevastopol şəhərinin adının 6 nömrəli əraziyə dəyişdirilməsini təklif etmişdi.

Onun fikrincə, guya bu, Rusiyanın hərbi şöhrət şəhəri ilə əlaqəni pozacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə