Defoltu, indi də, iyunun 5-də “gözləyirlər”?

ABŞ-ın maliyyə naziri Janet Yellen ABŞ-ın əvvəllər gözlənildiyi kimi iyunun 1-də defolt etməyəcəyini, lakin iyunun 5-də bu problemlə üzləşə biləcəyini ehtimal edib.

SİA-nın TASS-dan əldə etdiyi xəbərə görə, şənbə günü, mayın 27-də. ABŞ maliyyəsinin rəhbəri bir daha Konqres borc tavanını qaldırmaq və ya dayandırmaq üçün tədbirlər görməyəcəyi təqdirdə, bütün hökumət öhdəliklərini yerinə yetirmək üçün Maliyyə Nazirliyinin resurslarının çatışmazlığına diqqət çəkib.

ABŞ Maliyyə Nazirliyinin Konqresə göndərdiyi məktubda deyilir: “Yeni məlumatların işığında indi biz inanırıq ki, Konqres borc tavanını iyunun 5-dək artırmaq və ya dayandırmaq üçün tədbirlər görməsə, Maliyyə Departamentinin bütün hökumət öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər resursu olmayacaq”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə