...Vatikanın Ukraynadakı münaqişənin həlli missiyasına başlamaq istəyindən əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bir sıra şərtlər irəli sürüb.
SİA-nın əldə etdiyi məlumata görə, ukraynalı siyasətçi bunu şənbə günü, mayın 27-də İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
Beləliklə, Podolyak bildirib ki, Müqəddəs Taxt Ukraynanın özününkü hesab etdiyi bütün ərazilərdən rus qoşunlarının çıxarılması ilə bağlı Kiyevin nöqteyi-nəzəri ilə razılaşmalıdır.
Bundan əlavə, Ukrayna Papa Fransiskin sülh təşəbbüsünü yalnız bir şərtlə dəstəkləyəcək ki, əgər Vatikan Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına yardım etsə...
Podolyak bildirib ki, danışıqlara başlamaq üçün Rusiyanın nüvə arsenalına nəzarət üzrə beynəlxalq konfransın çağırılmasına və qanuni şəkildə rəsmiləşdirilmiş təzminat ödənişlərinə nail olmaq lazımdır.
Bundan başqa, Kiyev Moskvadan Ukraynanın xeyrinə başqa ölkələrdə həbs edilmiş bütün Rusiya aktivlərindən könüllü şəkildə imtina etməyi tələb edir.
Podolyak, Vatikanın hərbi əsirlərin, mülki məhbusların və uşaqların Ukraynaya qaytarılmasında yardımını danışıqlara başlamaq üçün məcburi əlavə şərtlər adlandırıb. O, vurğulayıb ki, Ukrayna tərəfi yalnız bu şərtləri real hesab edir.
Yeri gəlmişkən, bir gün əvvəl təhlükəsizlik üzrə yüksək nümayəndələrin beynəlxalq iclasında Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, ötən il olduğu kimi, bu il də ölkəsinin Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə