Rusiyanın 4,5 milyon dollarlıq tankı məhv edilib

Ukrayna qırıcıları rusların daha bir ən yeni rus tankı olan T-90M “Prorıv”ı məhv ediblər. Müvafiq video Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Telegram kanalında yayımlanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tank 54-cü ayrı-ayrı mexanikləşdirilmiş briqadanın K2 batalyonunun döyüşçüləri tərəfindən vurulub.

Bunun üçün onlara iki pilotsuz uçuş aparatı və yeddi döyüş sursatı lazım gəlib.

Videodan da göründüyü kimi, üç mərmi ilə zədələnən tank, daha sonradan dörd mərmi ilə yararsız hala gətirilib.

Yeri gəlmişkən, T-90M “Prorıv” Rusiyanın ən müasir və ən bahalı tankı hesab olunur.

Deyilənlərə görə, onun dəyəri təxminən 4,5 milyon dollardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə