Sergey Lavrov Ukrayna mövzusundakı mövqeyinə görə Çinə təşəkkür edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə Ukrayna böhranı mövzusunda nümayüş etdirdiyi "balanslı" mövqeyinə görə təşəkkür edib.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Lavrov ilə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui arasında Moskvada baş tutan görüş qiymətləndirilib.
Görüşdə Ukrayna böhranının müzakirə edildiyi bildirilib. Açıqlamada bu ifadələrə yer verilib: ''Sergey Lavrov Çinin Ukrayna böhranı mövzusunda nümayüş etdirdiyi balanslı mövqeyinə görə Li Huinə təşəkkürünü bildirib və Pekinin böhranın həllində müsbət rol oynamağa hazır olmasını yüksək qiymətləndirib''.
Sergey Lavrovun rəsmi Moskvanın Ukrayna böhranının siyasi və diplomatik yolla həll edilməsini istədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə