Quranı yandırdığına görə həbs edilən Juravel Qroznıya aparılıb

Volqoqradda Quranı yandırdığına görə həbs edilən 19 yaşlı Nikita Juravel Qroznıdakı istintaq təcridxanasına aparılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təcridxananın divarları qarşısında onu bir xeyli Çeçenistan sakini qarşılayıb, Verilən məlumatlara görə, onlardan bəziləri əllərində “xalq məhkəməsi”nə çağıran plakatlar tutdublarmış.

Qeyd edək ki, aksiyanın videosunu “RİA Novosti” dövlət agentliyi yayıb.

Yeri gəlmişkən Juravelin Çeçenistanda mühakimə olunacağı faktını əvvəllər respublikaçı nazir Əhməd Dudayev açıqlamışdı. O, belə bir qərarın federal orqanların təşəbbüsü ilə verildiyini bildirib.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Volqoqradda Quranın yandırılması ilə bağlı işin Çeçenistana verilməsi barədə göstəriş vermişdi.

Xatırladaq ki, mayın 23-də Qroznıda Quranın yandırılmasını pisləyən mitinq keçirilmişdi. Onu da qeyd edək ki, tələbə və dövlət işçilərinin qatıldığı mitinqə onların ora zorla gətirildiyi barədə şayələr də yayılmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə