Rusiya ŞOKDA: 200 milyard avrosu donduruldu!

Avropa Birliyi ilə Rusiya arasındakı gərginlik son bir neçə gün ərzində pik həddə çatıb. Daima Ukraynadakı müharibəyə görə rəsmi Moskva ilə gərginlik yaşayan, Rusiyaya qarşı sanksiyalar həyata keçirən AB, bu gün daha bir qərara imza atıb. Avropa Birliyi, birliyə daxil olan ölkələrdə Rusiyaya aid olan 200 milyard avronun dondurulduğunu açıqlayıb. Almaniyanın “Welt am Sonntag” qəzetinin AB mənbələrinə istinadən yazdığına görə, hazırda Rusiya Mərkəzi Bankının G7 və AB ölkələrinin bank sistemində olan valyuta dəyəri 300 milyard avro dəyərindədir. Alman qəzeti yazır ki, artıq bu qərarın icrası üçün AB Komissiyası fəaliyyətə başlayıb.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə