Serbiya Prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb. SİA TASS-a istinadən xəbər verir ki, Vuçiç ölkə hökumətinə dəstək məqsədilə keçirilən ümummilli mitinq iştirakçıları qarşısında çıxış edərkən bunları deyib: “Bu gün Serb Tərəqqi Partiyasının sədri kimi sizə müraciət etdiyim son axşamdır. Sabah mən artıq siyasi partiyanın sədri deyil, Serbiyanın bütün vətəndaşlarının lideri olacağam”.
Xatırladaq ki, bundan əvvəl Vuçiç yeni siyasi hərəkatın – “Serb bloku”nun yaradılmasının zəruriliyini bəyan etmişdi. Onun sözlərinə görə, bu hərəkat başqa dövlətlərin deyil, respublikanın maraqlarını müdafiə edəcək.
Aleksandar Vuçiç yeni, partiyalarüstü siyasi hərəkatın may ayında Serbiyada yaradıla biləcəyini demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB