Ermənistan 2 hərbçisinin Azərbaycana keçdiyini təsdiqlədi

Ermənistan 2 hərbçisinin Azərbaycana keçdiyini təsdiqlədi

Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisi ilə əlaqənin itdiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada iddia edilir ki, mayın 26-da saat 19:00-dan etibarən guya Ermənistan döyüş mövqelərini ərzaqla təmin edən 2 hərbi qulluqçu ilə rabitə əlaqəsi kəsilib.

"Hərbçilərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir", - Nazirlik qeyd edib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıb.

Bütün xəbərlər Facebook səhifəmizdə