...Ukraynada münaqişənin sona çatması üçün kompromis ssenarilər demokratiyanın məğlubiyyətinin etirafı demək olacaq. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Xatırladaq ki, bir müddət bundan əvvəl bununla bağlı “The Wall Street Journal” mənbələrinə istinadən SİA-da yazmışdı.
Belə ki, Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropaya səfəri zamanı Avropanı tezliklə Ukraynanı atəşkəsə razı salmağa çağırmışdı.
Özü də maraqlıdır ki, Çin səlahiyyətlisi bunu rusların zəbt etdikləri Ukrayna ərazilərinin Rusiyaya verilməsi şərti ilə təklif etmişdi.
Yeri gəlmişkən, öz növbəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Ukraynanın öz ərazilərinin itirilməsi və ya münaqişənin dondurulmasını nəzərdə tutan heç bir təklifi qəbul etməyəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB