Bu arada Tallində səfərdə olan Almaniya kansleri Olaf Şolz, Almaniyanın Ukraynanı “nə qədər lazımsa, o qədər də” dəstəkləyəcəyinə söz verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.
“Almaniya Baltikyanı ölkələr, Avropa İttifaqı və beynəlxalq tərəfdaşlarla birlikdə Ukraynanın tərəfində möhkəm durmağa və lazım olduğu müddətdə ona yardım göstərməyə davam edəcək”.
Qeyd edək ki, mətbuat konfransında bunları bildirən Şolz “bu qərarın sarsılmaz” olduğunu da əlavə edib.
Öz növbəsində Estoniyanın baş naziri Kaja Kallas da, Tallinin Ukraynaya silah, sursat və hərbi təlimlərdə yardım göstərməkdə davam edəcəyini bildirib.
Yeri gəlmişkən bundan əvvəl Olaf Şolz, Rusiya ilə Ukrayna arasında barışığın qəbuledilməz olduğunu bildirib. ...Çünki bu, Kiyevin şərtləri ilə ədalətli sülhə deyil, münaqişənin dondurulmasına gətirib çıxaracaq.
O, daha sonra, sülhün arzu olunan ifadəsini məhz Kiyev müəyyən etməli olacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB