Slovakiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Slovakiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Slovakiya Milli Şurasının (parlamentinin) spikeri Boris Kollar iyunun 9-da respublikada növbədənkənar parlament seçkilərinin keçirilmə tarixini rəsmən açıqlayacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə cümə günü TASR xəbər agentliyi məlumat yayıb.

Slovakiyanın parlament partiyalarının liderlərinin əvvəlcədən razılaşdırdıqları kimi, seçkilər sentyabrın 30-da keçiriləcək. Parlamentin spikeri, agentliyin məlumatına görə, bu sazişə yenidən baxmaq niyyətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə